Rusiya hakimiyyəti Krımdakı təyyarə qəzasında general Aleksandr Otroşenkonun öldüyünü təsdiqləyib.
Apaxəbər verir ki, Murmansk vilayətinin qubernatoru Andrey Çibis Rusiyanın Şimal Donanmasının 45-ci Ordusunun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanı general-leytenant Aleksandr Otroşenkonun Krımda An-26 hərbi nəqliyyat təyyarəsinin qəzasında ölənlər arasında olduğunu bildirib.
Bundan öncə, Rusiyada müxalif mətbuat təyyarə qəzasında generalın öldüyü barədə məlumat yayıb.
Qeyd edək ki, martın 31-də Rusiya Müdafiə Nazirliyinin An-26 hərbi nəqliyyat təyyarəsi Krımın hava məkanında qəzaya uğrayıb. Təyyarənin idarəetməni itirərək qayalara çırpıldığı bildirilib. Nəticədə 7-si ekipaj üzvü olmaqla 30 nəfər ölüb.



