Dağıstanda içməli sudan kütləvi zəhərlənmə olub

Dağıstanda içməli sudan kütləvi zəhərlənmə olub backend

Dağıstanın Kaspiysk şəhərində kütləvi zəhərlənmə halı qeydə alınıb.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Dağıstan üzrə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, 30-dan çox şəxs zəhərlənmə əlamətləri ilə tibb müəssisələrinə müraciət edib.

İlkin ehtimala əsasən, onların vəziyyətinin pisləşməsi içməli sudan istifadə ilə bağlıdır.

Hazırda hadisənin bütün halları, eləcə də səbəbləri araşdırılır. Araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək.