İranda qəzaya uğrayan Amerika qırıcı təyyarəsinin pilotlarından biri xilas edilib.
Qaziler.az xəbər verir ki, bu barədə İsrailin “12-ci Kanal”ı Qərb mənbəyinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, İranda vurulan Amerika qırıcı təyyarəsinin iki heyət üzvündən biri xilas edilib. ABŞ ordusu hələlik bu məlumatı şərh etməyib.
“Amerika heyətinin bir üzvü xilas edilib”, - kanalın xəbər xidməti bildirib.
QAZİLER.AZ



