Şimali Afrikadan gələn qırmızı qum fırtınası şəklində güclü səhra tozu, əvvəllər Yunanıstan və Liviyaya təsir etdikdən sonra Alanyanı cənginə aldı.
Antalyanın Alanya rayonunun sakinləri bu gün şahidi olduqları mənzərədən heyrətə düşüblər. Şimali Afrika və Liviyadan qalxan nəhəng toz buludları, güclü küləyin köməyi ilə Aralıq dənizini keçərək bölgəyə təsirini davam etdirir.
Bu həftənin əvvəlində Liviya və Yunanıstanda həyatı iflic edən və Krit adasında səmanı tamamilə narıncıya boyayann "Ermino fırtınası" indi Türkiyəyə doğru istiqamətini dəyişib.
Fırtına sonuncu dəfə Alanyada müşahidə olunub.
Antalya körfəzi və ətrafında şiddətlənən fırtına təkcə səmanın rəngini dəyişmədi, həm də yüksək toz konsentrasiyası səbəbindən bəzi ərazilərdə görünürlük məsafəsinin azalmasına səbəb oldu. Hakimiyyət orqanları cənub küləyinin bir müddət davam edəcəyini bildirib və insanları nəqliyyatda mümkün fasilələrə qarşı tədbirli olmağa çağırıb.
QAZİLER.AZ



