Gürcüstanda rusiyalıları oğurlamaqda şübhəli bilinən yeddi nəfər saxlanılıb

Gürcüstanda rusiyalıları oğurlamaqda şübhəli bilinən yeddi nəfər saxlanılıb backend

Gürcüstanda Rusiya vətəndaşlarını girov götürməkdə və onlardan pul tələb etməkdə şübhəli bilinən yeddi nəfər saxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə "Exclusive News" ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər gecə saatlarında qaz sızmasını yoxlamaq adı ilə rusiyalıların mənzilinə daxil olublar. Gürcülər soyuq silahdan istifadə edərək  2000 dollar, mobil telefonlar və noutbuklar oğurlayıblar, sonra isə onları döyüblər və əlavə 300.000 dollar tələb ediblər.

Bir neçə saat sonra rusiyalılar silah gücü ilə ayrı-ayrı maşınlara mindirilərək Marneuli Bələdiyyəsinə aparılıblar. Əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları Marneuli və Qoridə yeddi şübhəlinin hamısını saxlayıblar. Digər mümkün cinayətkarların müəyyən edilməsi üçün səylər göstərilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 144 və 179-cu maddələri ilə aparılır ki, bu maddələr 14 ilə qədər həbs cəzası nəzərdə tutur.

QAZİLER.AZ