Medvedyev hesab edir ki, ABŞ NATO-dan çıxmayacaq.
ABŞ NATO-dan çıxmayacaq, çünki "bunun üçün heç bir səbəb yoxdur və Konqres buna icazə verməyəcək".
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Telegram-da amerikalıların Şimali Atlantika Alyansından çıxma ehtimalını qiymətləndirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın NATO-ya qarşı ritorikası tamamilə epatajdır.
"Hərçənd Amerika kontingentinin sayının azaldılması və ya hər hansı bir təchizatdan imtina kimi simvolik hərəkətlər mümkündür", - deyə Medvedyev hesab edir.
QAZİLER.AZ



