İranın hava hücumundan müdafiə qüvvələri iki Amerika MQ-9 pilotsuz təyyarəsini vurub

İranın hava hücumundan müdafiə qüvvələri iki Amerika MQ-9 pilotsuz təyyarəsini vurub backend

İranın cənubunda iki Amerika MQ-9 PUA-sı vurulub.

İranın hava hücumundan müdafiə sistemləri ölkənin cənub hissəsi üzərində Şiraz şəhərinə doğru hərəkət edən iki ABŞ MQ-9 pilotsuz uçuş aparatını (PUA) vurub.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti aprelin 2-də məlumat verib.

"Bir neçə saat əvvəl Şirazda düşmən ABŞ və İsrail təcavüzkarlarına məxsus iki MQ-9 dron ordunun hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirildi və uğurla məhv edildi", - Teleqram kanalında deyilir.

Qeyd olunur ki, İsrail-Amerika hərbi əməliyyatının başlanğıcından bəri İranın hava hücumundan müdafiə qüvvələri ölkəsi üzərində ümumilikdə 154 dronu məhv edib.

QAZİLER.AZ