"Ermənistan və Azərbaycan arasındakı münaqişənin sülh yolu ilə həllini alqışlayırıq. Gürcüstan regionun sabitləşməsində əsas rol oynayır".
Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, Slovakiya Prezidenti Peter Pelleqrini gürcü həmkarı Mixeil Kavelaşvili ilə birgə mətbuat konfransında bildirib.
"Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik. Ermənistan və Azərbaycan arasındakı münaqişənin sülh yolu ilə həllini alqışlayırıq. Gürcüstan regionun sabitləşməsində əsas rol oynayır. Gürcüstan Asiya ilə Avropa arasında bu marşrutda strateji mövqedə yerləşir - həm nəqliyyat, həm də enerji idxalı baxımından. Gürcüstanı kənara qoymaq və ya görməzdən gəlmək olmaz. Buna görə də, Gürcüstanla çox yaxşı münasibətlərimiz var, çünki bu kontekstdə mühüm rol oynaya bilər", - Slovakiya Prezidenti bəyan edib.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili nümayəndə heyəti ilə birlikdə Slovakiya Respublikasında rəsmi səfərdədir.



