Moskvada bağlanan Azərbaycan diaspor təşkilatı yenidən fəaliyyətə başlayır - FOTO

Moskvada bağlanan Azərbaycan diaspor təşkilatı yenidən fəaliyyətə başlayır - FOTO backend

Rusiya Azərbaycanlıların milli mədəni muxtariyyətinin Moskva vilayəti üzrə (РНКАА МО) şöbəsi yenidən qurulub.

Bu barədə təşkilatın idarə heyətinin üzvü Nicat İlyasov Qaziler.az-a bildirib.

Nicat İlyasov qeyd edib ki, təşkilatın yeni sədri əslən Ağdam şəhərindən olan iş adamı Mustafa Mirəliyev olub.

Həmçinin 7 nəfərdən ibarət İdarə heyəti də seçilib: İdarə heyəti üzvlərini Musayev Sahib  İslam oğlu, Abdullayev Xanoğlan Saleh oğlu,Əliyev Əlihüseyn Məmməd oğlu, Mirəliyev Mustafa Əyyub oğlu, İlyasov Nicat Sahib oğlu, Əliyev Yaşar Muştəba oğlu və Rzayev Əli Sərdar oğlu.

Təşkilatın qeydiyyata alınması üçün sənədlər artıq Rusiya Ədliyyə Nazirliyinə təqdim olunub. 

QAZİLER.AZ