Bu, artıq Yaponiya hökumətinin bu proqram çərçivəsində verdiyi ikinci tranşdır.
Ukrayna Dünya Bankının "PEACE in Ukraine" layihəsi çərçivəsində Yaponiya hökumətindən təxminən 1,3 milyard dollar alıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukraynanın Baş naziri Yuliya Sviridenkonun Telegram kanalına istinadən məlumat yayıb.
Baş nazirin sözlərinə görə, vəsait dövlət büdcəsinin ümumi fonduna köçürülüb və sosial xərclərə yönəldilib.
Bu, Yaponiyadan G7-nin "Extraordinary Revenue Acceleration for Ukraine" mexanizmi vasitəsilə maliyyələşdirilən ikinci tranşdır. Onun ümumi həcmi 50 milyard dollardır.
QAZİLER.AZ



