Tbilisi ilə London arasında gərgin münasibətlər fonunda Gürcüstanın keçmiş xarici işlər naziri İlia Darçiaşvili Gürcüstanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri təyin edilib.
Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Darçiaşvili həmçinin Gürcüstanın Beynəlxalq Dəniz Təşkilatındakı daimi nümayəndəsi təyin edilib.
Darçiaşvili 2022-ci ildən 2024-cü ilə qədər xarici işlər naziri vəzifəsində çalışıb.
Fevralın sonlarında Böyük Britaniya hökumətyönlü Gürcüstan televiziya kanalları olan İmedi və POSTV-yə qarşı sanksiyalar tətbiq edib. Britaniya hakimiyyəti kanalları Ukraynadakı müharibə ilə bağlı dezinformasiya yaymaqda günahlandırıb.
Gürcüstanın hakim partiyası bu qərarı kinayəli adlandırıb və Londona yönəlmiş bir sıra sərt bəyanatlar verib.
QAZİLER.AZ



