Türkiyənin Adana şəhərinin Kozan rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun aşması nəticəsində on yeddi nəfər xəsarət alıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Mustafa E.-nin idarə etdiyi kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus Eskimantaş məhəlləsində aşıb.
Şahidlərin verdiyi məlumata əsasən, hadisə yerinə 112 Təcili Tibbi Yardım Xidməti və jandarma qrupları göndərilib.
Qəzada yaralanan 17 nəfər tibbi qruplar tərəfindən Kozan Dövlət Xəstəxanasına aparılıb.
Yaralıların həyati təhlükəsi olmadığı öyrənilib.
QAZİLER.AZ



