Rusiyanın Krasnodar hava limanında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilib.
Qaziler.az bildirir ki, Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidməti bu barədə 29 martda məlumat verib.
"Krasnodar Hava Limanı (Paşkovski). Təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - Telegram kanalı bildirib.
Bu tədbirlər uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir.
QAZİLER.AZ



