Rusiyada hərbi istintaq An-26 hərbi-nəqliyyat təyyarəsinin Krımda qəzaya uğraması ilə bağlı cinayət işi açıb.
Qaziler.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsi (İK) Lenta.ru-ya bildirib.
İstintaq Rusiya Cinayət Məcəlləsinin 351-ci ("Uçuş qaydalarını pozma və ya onlara hazırlıq") maddəsi ilə aparılır.
Təyyarənin göyərtəsində yeddi ekipaj üzvü və 23 sərnişin olub.
Hazırda hərbi müstəntiqlər və məhkəmə-tibb ekspertləri, həmçinin Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin şəxsi heyəti Krımın Baxçasaray rayonunun dağlıq meşəlik ərazisində axtarış-xilasetmə əməliyyatında iştirak edir.
Martın 31-də Kuybışevo kəndi yaxınlığında An-26 təyyarəsi uçuş zamanı qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyi təyyarə ilə əlaqənin itdiyini bildirib.
Qəzanın ilkin səbəbi texniki nasazlıqdır.
An-26-nın qayaya çırpıldığı bildirilir.
QAZİLER.AZ



