Zaxarova Qərbi Macarıstandakı seçkilərə müdaxilə etməkdə ittiham edib

Zaxarova Qərbi Macarıstandakı seçkilərə müdaxilə etməkdə ittiham edib backend

Qərb dövlətləri Macarıstandakı seçkilərə müdaxilə edir.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bunu aprelin 1-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı barədə Qərb mətbuatının məlumatlarını şərh edərkən deyib.

Diplomatın sözlərinə görə, Rusiya 10 ildir ki, seçkilərə müdaxilə ittihamları ilə üzləşir, lakin heç bir sübut təqdim edilməyib.

 

Bunun əvəzinə, Zaxarova qeyd edib ki, diplomatların qovulması, sanksiyalar və rusiyalı həmvətənlərin həbsi baş verib. O əlavə edib ki, indi Qərb öz müttəfiqlərinin və tərəfdaşlarının seçkilərinə müdaxilə etməyə başlayıb.

"Dünən, martın 31-də bütün dünya Qərbin seçkilərə müdaxilə etdiyinə dair sübutlar əldə etdi”, - Zaxarova Sputnik radiosunun efirində deyib.