"Rusiya bizi bölməyə çalışır".
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, bu barədə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili sosial mediada yayımlanan videomüraciətində bildirib.
Onun bildirdiyinə görə, "Gürcüstandakı Rusiya rejimi birliyin, xalqın iradəsinin baş verməsinin qarşısını almağa çalışır ki, Gürcüstanın hansı istiqamətdə hərəkət edib inkişaf etməli olduğunu görməyək".
Referendum günü ilə bağlı yayımlanan videoda Salome Zurabişvili deyib ki, 35 il əvvəl olduğu kimi, bu gün də eyni sualla qarşılaşırıq.
"31 mart Gürcüstanın müstəqilliyinin bərpası ilə bağlı referendum günüdür. Bu günün iki qəhrəmanı var: bir tərəfdən bu addımı atmağa cəsarət edən Gürcüstanın o vaxtkı prezidenti Zviad Qamsaxurdiya, digər tərəfdən isə öz sözünü deyən, iradəsini ifadə edən qəhrəman gürcü xalqı. Bu xalq Rusiyadan imtina etdi, yaxın keçmişdən, keçmiş köləlikdən imtina etdi", - o, deyib.
QAZİLER.AZ



