İşğalçılar hücum zamanı FPV dronundan istifadə ediblər.
Rusiya işğalçıları Nikopola dronlarla hücum ediblər. Zərbə nəticəsində on bir nəfər yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Dnepropetrovsk Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjanın Telegram-dakı məlumatına istinadən xəbər yayıb.
Onun sözlərinə görə, FPV dronlarının hücumu nəticəsində şəhərdəki beşmərtəbəli binalara və mağazalara ziyan dəyib. Yanğın nəticəsində bir avtomobil də yanıb.
"Üç nəfər xəstəxanaya yerləşdirilib. 16 yaşlı qız və 28 yaşlı qadın ağır yaralanıb. 25 yaşlı qadının vəziyyəti orta-ağırdır", - deyə Qanja əlavə edib.
QAZİLER.AZ



