Zelenski Kallası "Knyaginya Olqa" ordeni ilə təltif edib.
Ukrayna Prezidenti Vladimir Zelenski Aİ-nin ali nümayəndəsi Kaya Kallasa "Knyaginya Olqa" ordenini təqdim edib.
Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, o, bu barədə sosial media hesabında bildirib.
"Rusiya müharibəyə başlayandan bəri hər gün Ukrayna haqqında düşünürəm. Ölkənizin özünü müdafiə etməsinə kömək etmək üçün əlimdən gələni edəcəyəm", - o, yazıb.
Kallas bu böyük şərəfə görə Ukrayna liderinə xüsusi təşəkkür edib.
QAZİLER.AZ



