Qazaxıstanda polis əməkdaşına edilən hücumun görüntüləri - VİDEO

Qazaxıstanda polis əməkdaşına edilən hücumun görüntüləri - VİDEO backend

Qazaxıstanın Kostanay vilayətində üç sərxoş kişi çoxmərtəbəli binanın həyətində polis əməkdaşına hücum edib.

Qaziler.az bildirir ki, bu barədə Tengrinews.kz müxbiri xəbər verir.

Hadisənin videosu sosial mediada yayılıb.

Rəsmi məlumatlara görə, xidmətdə olmayan polis əməkdaşı  və azyaşlı uşaqlarına yola salarrkən ictimai asayişi kobud şəkildə pozduqlarına görə üç kişiyə irad bildirib.

Buna cavab olaraq onlar aqressiv davranaraq hüquq-mühafizə orqanı əməkdaşına hücum ediblər.

Polis yerə yıxıldıqdan sonra belə onu döyməyə davam ediblər.

QAZİLER.AZ