Abbas Əraqçi Azərbaycana təşəkkür edib

Abbas Əraqçi Azərbaycana təşəkkür edib backend

İranın xarici işlər naziri Abbas Əraqçi humanitar yardıma görə Azərbaycana təşəkkür edib.

 

"Report" xəbər verir ki, Əraqçi bunu "X"dəki hesabında yazıb.

 

"Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə təşəkkürümü bildirirəm",- o bildirib və əlavə edib ki, çətin günlərdə nümayiş etdirilən bu dəstək, İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəniyyətə söykənir.