İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ə məxsus hərbi vasitələrin vurulduğunu açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə SEPAH-ın Mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.
Məlumata görə, qurumun hava hücumundan müdafiə qüvvələri ABŞ-ə məxsus MQ-9 tipli strateji pilotsuz uçuş aparatını Şiraz səmasında zenit atəşi ilə vurub.
Bəyanatda qeyd olunub ki, həmçinin ABŞ-ə məxsus F-16 qırıcı təyyarəsi Fars vilayətinin cənubunda vurulub və zədələnmiş vəziyyətdə Səudiyyə Ərəbistanındakı hava limanlarından birinə eniş etməyə məcbur olub.



