Bu türk ölkəsi ilk dəfə öz milli valyutasını çap etdi

Bu türk ölkəsi ilk dəfə öz milli valyutasını çap etdi backend

Qırğızıstan ölkə tarixində ilk dəfə öz milli valyutasının çapına başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov bildirib.

Məlumata görə, əvvəllər banknotlar xaricdən sifariş edilirdisə, indi istehsal tamamilə ölkə daxilində həyata keçirilir.

Prezident qeyd edib ki, Qırğızıstan beynəlxalq sertifikat alıb və pul istehsalında bütün standartlara cavab verir:

“Respublika artıq digər ölkələr üçün də valyuta çap edə bilər, həmçinin pasport, şəxsiyyət vəsiqəsi, sürücülük və texniki sənədlərin istehsalını da təmin edir. Məhsullar yüksək keyfiyyətə malikdir və saxtakarlığa qarşı qorunur”.