“Hörmüz boğazı İran sərhədlərini pozan ölkələr istisna olmaqla, bütün ölkələrin gəmiləri üçün açıqdır”.
Qaziler.az Report-a istinadla xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian öz “X” hesabında yazıb.
"Hörmüz boğazı İran ərazisinə hücum edənlər istisna olmaqla, bütün ölkələrdən gələn gəmilər üçün açıqdır", - deyə o əlavə edib.
Onun sözlərinə görə, İranı dünya xəritəsindən silmək illüziyası tarix yaradan bir millətin iradəsinə qarşı yönəlmiş çarəsizliyin sübutudur:
"Təhdidlər və terror yalnız birliyimizi gücləndirir. Hörmüz boğazı ərazimizə hücum edənlər istisna olmaqla, hamı üçün açıqdır. Döyüş meydanında dəli təhdidlərə qarşı möhkəm dururuq".



