Türkiyə Şimali Kiprdən raket buraxılması iddialarına cavab verib

Türkiyə Şimali Kiprdən raket buraxılması iddialarına cavab verib backend

Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) sularında raket buraxılması iddiaları təkzib edib.

 

Trend-in məlumatına görə, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezenformasiya ilə Mübarizə Mərkəzi sosial şəbəkələrdə yayılan “KKTC karasularındakı sualtı qayıqdan çoxsaylı raketlər buraxılıb” iddiasının dezinformasiya olduğunu açıqlayıb.

 

Məlumatda bildirilib ki, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti sularında hər hansı atış baş verməyib.

 

Qeyd olunub ki, yayılan görüntülərdəki raket buraxılışları beynəlxalq sularda qeydə alınıb.

 

Rəsmi qurum ictimaiyyəti manipulyasiya məqsədli, əsassız paylaşımlara inanmamağa və yalnız rəsmi mənbələrin açıqlamalarına etibar etməyə çağırıb.