İran dünən gecədən bəri düşmənin dörd təyyarəsini vurub.
İran silahlı qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dünən gecədən bəri düşmənin dörd təyyarəsini vurub.
Bu barədə İranın dövlət televiziyası IRIB martın 19-da özünün Telegram kanalında məlumat verib.
"İran İslam Respublikası Ordusu və İslam İnqilabı Keşikçiləri Korpusunun İran səmasının müdafiəçiləri dünən gecədən bəri ölkəmizin səmasında dörd düşmən təyyarəsini ələ keçirib məhv ediblər", - deyə açıqlamada bildirilir.
QAZİLER.AZ



