Rusiyanın Lipetsk vilayətinin sakini polis əməkdaşını güllələyərək öldürüb.
Lipetsk vilayətinin Çaplıginski rayonunda yerli sakin hərbi polis əməkdaşlarına atəş açıb, nəticədə zabitlərdən biri yerindəcə həlak olub.
Qaziler.az bildirir ki, Rusiya İstintaq Komitəsinin regional idarəsi hadisənin 19 mart cümə axşamı günü baş verdiyini bildirib.
"Odlu silahla silahlanmış şübhəli gələn hərbi polis əməkdaşlarına atəş açıb. Hadisə nəticəsində bir zabit ölümcül yaralanıb və hadisə yerində ölüb", - məlumatda deyilir.
"Hüquq-mühafizə orqanı əməkdaşının həyatına sui-qəsd" maddəsi ilə cinayət işi açılıb.
Saxlanılan şəxs barəsində tezliklə həbs qətimkan tədbiri müəyyən ediləcək.
QAZİLER.AZ



