Moskvada xəstə daşıyan təcili yardım maşını aşıb

Moskvada xəstə daşıyan təcili yardım maşını aşıb backend

Moskvanın cənubunda xəstə daşıyan təcili yardım maşını qəzaya uğrayıb və aşıb.

Moskvada təcili yardım maşını yol qəzasına düşüb.

Qaziler.az bildirir ki, bu barədə Telegram kanalı 112 məlumat verib.

Təcili yardım maşını Naximovski prospektində avtomobillə toqquşub və aşıb. Həmin vaxt içəridə xəstə olub.

Qəza nəticəsində üç nəfər xəsarət alıb: təcili yardım sürücüsü, həkim və xəstə. Hadisə yerində təcili yardım xidmətləri işləyir.

QAZİLER.AZ