İsrail "Aramco" obyektlərinə hücum etməyi planlaşdırır - SEPAH

İsrail "Aramco" obyektlərinə hücum etməyi planlaşdırır - SEPAH backend

İsrail Səudiyyə Ərəbistanındakı "Aramco" obyektlərinə hücum etməyi planlaşdırır.

Qaziler.az xəbər verir ki, "Pars Today"in məlumatına görə, bu haqda SEPAH-dan bildirilib.

“Daha əvvəl də bildirdiyimiz kimi, İran silahlı qüvvələri ABŞ-a və sionist rejiminə məxsus bütün obyektləri hədəf alacaq, rəsmi olaraq bunun məsuliyyətini öz üzərinə götürəcək və bunu elan edəcək.

Alınan məlumata görə, sionist rejim regiondakı enerji obyektlərinə, o cümlədən "Aramco" obyektlərinə hücumlar planlaşdırır, rejimin İranın günahlandırıldığı əvvəlki vəhşilikləri və region ölkələri arasında təxribatlar bu pis niyyətləri təsdiqləyir”, - deyə SEPAH-ın bəyanatında bildirilir.

QAZİLER.AZ