Nevşehirdə üç nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
Nevşehirin Acıgöl rayonunda iki avtomobil və bir mikroavtobusun iştirakı ilə baş verən qəzada 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verib.
Yasin Ç.-nin idarə etdiyi avtomobil Nevşehir-Acıgöl avtomobil yolunun Karapınar qovşağında əks istiqamətdən gələn Mehmet Gültekin C.-nin idarə etdiyi avtomobillə toqquşub.
Zərbənin təsirindən yoldan çıxan avtomobillərdən biri daha sonra Həsən S.-nin idarə etdiyi mikroavtobus tərəfindən vurulub.
Qəza barədə məlumat daxil olduqdan sonra hadisə yerinə polis, tibb və xilasetmə briqadaları göndərilib.
Qəzada sürücü Mehmet Gültekin C. və sərnişini Aras C. həyatını itirib, 7 nəfər yaralanıb.
Xilasetmə qrupları tərəfindən nəqliyyat vasitələrindən çıxarılan yaralılar şəhərdəki xəstəxanalara aparılıb.
QAZİLER.AZ



