Moskvanın Menjinski küçəsindəki "Rosselxozbank" filialına edilən qəsdən törədilən yanğının ilk görüntüləri yayılıb.
Qaziler.az bildirir ki, "İzvestiya"nın müxbiri hadisə yerindən videonu yayımlayıb.
"Partlayışın kifayət qədər güclü olduğu aydındır. Metal konstruksiyalar və pəncərələr dağılıb. Bomba zərərsizləşdirmə mütəxəssisləri və polis hazırda hadisə yerində işləyir. Ərazi mühasirəyə alınıb", - deyə müxbir bildirib.
Kadrlarda binanın pəncərələrinin uçduğu və binanın fasadının da zədələndiyi görünür.
QAZİLER.AZ



