Belarus Prezidenti Aleksandr Lukaşenko 250 məhbusu əfv etdi.
Qaziler.az bildirir ki, BelTA bu barədə 19 martda prezidentin mətbuat xidmətinə istinadən məlumat verib.
"Nəticədə 250 şəxsin əfvi qərarı verildi. Dövlət onlara həyatlarında yeni bir fəsil açmaq hüququ verir", - deyə mətbuat xidməti bildirib.
"Reuters" agentliyinin məlumatına görə, azadlığa buraxılma ABŞ-ın vasitəçiliyi ilə əldə edilən böyük bir razılaşmanın bir hissəsi idi. 250 nəfərdən 235-i ölkə daxilində azadlığa buraxılıb, 15-i isə Litvaya göndərilib.
QAZİLER.AZ



