Paşinyan müxalifəti hakimiyyətə gələcəyi təqdirdə yeni müharibəyə hazırlaşmaqda ittiham edib

Paşinyan müxalifəti hakimiyyətə gələcəyi təqdirdə yeni müharibəyə hazırlaşmaqda ittiham edib backend

Ermənistanda müxalifətin hakimiyyətə gəlməsi yeni müharibəyə səbəb olacaq

Müxalifət qüvvələrinin guya sülhü dəstəklədikləri barədə açıqlamaları, eyni zamanda hakimiyyətə gəldikləri təqdirdə onun şərtlərini yenidən nəzərdən keçirməyə çalışmaları yeni müharibə elanına bərabərdir.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu 19 martda bildirib.

“Müxalifət nümayəndələri sülhə qarşı olmadıqlarını deyirlər, amma hakimiyyətə gəlsələr, onu yenidən nəzərdən keçirməyə başlayacaqlar. Çox açıq və şübhəsiz bildirmək istəyirəm ki, bu, müharibədir!”, - deyə Ermənistanın baş naziri brifinqdə bildirib.

Mətbuat konfransı "Armenpress" xəbər agentliyinin saytında dərc edilib.

Onun sözlərinə görə, bu cür siyasi şüarlar daxili müxalifətin müstəqil təşəbbüsü deyil. O, rəqiblərini sadəcə maraqlı xarici tərəflərdən gələn ideyaların daşıyıcısı kimi çıxış etməkdə günahlandırdı.

QAZİLER.AZ