Türkiyə Ukrayna ilə bağlı yeni danışıqlar raunduna ev sahibliyi etməyə hazır olduğunu açıqladı

Türkiyə Ukrayna ilə bağlı yeni danışıqlar raunduna ev sahibliyi etməyə hazır olduğunu açıqladı backend

Türkiyə Xarici İşlər Nazirliyi uzunmüddətli müharibənin yaratdığı riskləri vurğulayır.

Türkiyə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların yeni mərhələsinə ev sahibliyi etməyə hazırdır.

Qaziler.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı bildirib.

Fidan uzunmüddətli müharibənin region və beynəlxalq nizam üçün yaratdığı riskləri qeyd etdi.

O,  həmçinin Lavrovla enerji təhlükəsizliyi məsələlərini müzakirə etdi.

QAZİLER.AZ