Planşet Ukrayna torpağının bir kilometrinin işğalçılara neçəyə başa gəldiyini göstərir.
Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trampa cəbhə xəttindəki vəziyyəti canlı izləməyə imkan verən iPad hədiyyə etmək istəyib.
Qaziler.az bildirir ki, bu barədə "Financial Times" jurnalisti Kristofer Miller məlumat yayıb.
Millerin sözlərinə görə, Zelenski bu barədə ona ötən ay verdiyi müsahibədə bildirib. O, planşeti 2026-cı ilin fevral ayında Münhen Təhlükəsizlik Konfransında Trampa təqdim etməyi planlaşdırıb.
"Düzünü desəm, bunu Münhendə Trampa vermək istəyirdim. Niyə? Çünki iPad-imdə hansı hücumların baş verdiyini - dronlar, raketlər və s. - real vaxt rejimində ələ keçirdiyimizi, və həmçinin torpağımızın hər bir kilometrinin istənilən anda nə qədər dəyərində olduğunu dərhal görə bilirəm", - Ukrayna prezidenti qeyd edib.
Zelenski əlavə edib ki, onun planşetində işğal olunmuş ərazinin hər kilometrinin rusiya əsgərlərinə neçəyə başa gəldiyi də görünür.
Lakin Tramp Münhen Konfransında iştirak etmədiyi üçün planşeti ona təqdim etmək mümkün olmayıb.
QAZİLER.AZ



