Bütün Gürcüstanın patriarxı, katolikos-patriarx II İlya (dünyəvi adı İrakli Quduşauri-Şiolaşvili) 22 martda Tbilisidəki Sioni Katedralında dəfn olunacaq.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə 18 martda Gürcü Pravoslav Kilsəsi Sinodunun iclasından sonra məlumat verilib.
"Patriarxın istəyinə uyğun olaraq, dəfn mərasimi bazar günü Sioni Katedralında keçiriləcək. O, bu arzusunu qohumlarına deyibb", - deyə Gürcüstanın IPN xəbər agentliyi bildirib.
Mərasimdə xarici nümayəndə heyətlərinin iştirakı gözlənilir.
QAZİLER.AZ



