Ukrayna prezidenti ucuz dronların yayılmasının təhlükələri barədə xəbərdarlıq edib.
Belə dronları yalnız Rusiya və İran kimi böyük rejimlər deyil, hətta təkbaşına hərəkət edən terrorçu qruplar və ya cinayətkarlar da əldə edə bilərlər.
Qaziler.az "RBK-Ukrayna" məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenski bu açıqlamanı Britaniya parlamentindəki çıxışı zamanı verib.
O qeyd edib ki, İran və Rusiya "ucuz və uzaq məsafələrdən" öldürmək imkanı əldə ediblər.
Hazırda bir "Şahed"in qiyməti təxminən 50.000 dollardır. Ukraynanın tərəfdaşları onları məhv etmək üçün tez-tez raketlərdən istifadə edirlər və bunun qiyməti 4 milyon dollara qədər çatır.
“İranlılar bilirdilər ki, dünyada heç bir hava hücumundan müdafiə sistemi bu qədər çox sayda dronu dayandıra bilməz. Və biz bunu dəyişdik. Ukraynada biz iki və ya üç tutucu ilə belə bir dronu dayandırırıq. Bu isə 10 min dollardan az başa gəlir", - prezident deyib.
QAZİLER.AZ



