Gürcüstan Patriarxı II İlya 93 yaşında vəfat edib
Bütün Gürcüstanın Patriarxı, katolikos-patriarx II İliya (İrakli Quduşauri-Şiolaşvili) 93 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə Gürcüstanın “İmedi” telekanalı martın 17-də məlumat yayıb.
"Bütün Gürcüstanın katolikos-patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Bişvinta və Sxum-Abxaziya mitropoliti II İliya 93 yaşında vəfat etdi", - deyə Facebook səhifəsindəki paylaşımda deyilir.
Nəşrin məlumatına görə, o, xəstəxanada vəfat edib. II İlya 1933-cü ildə anadan olub. O, taxta 23 dekabr 1977-ci ildə seçilib və taxta çıxması iki gün sonra baş tutub.
QAZİLER.AZ



