Saakaşvili: Ya birlikdə olmalı, ya da yox olmalıyıq

Saakaşvili: Ya birlikdə olmalı, ya da yox olmalıyıq backend

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili sosial mediada belə yazırb.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, o, bunu sosial mediada paylaşıb.

""Lelo"dan olan dostlar, ştreykbrexer olmağı dayandırın! Bəyəm öz təcrübəniz sizə bir şey öyrətməyib?"

Saakaşvilinin sözlərinə görə, diktatura ilə yalnız vahid müxalifət cəbhəsi və yalnız güc mövqeyindən mübarizə aparmaq olar.

"Əks halda, buna kollaborasiya və xalqa xəyanət deyilir. Ya birlikdə olmalııq, ya da yox olmalıyıq. Yalnız güzəştsiz və davamlı mübarizə qələbəyə gətirib çıxaracaq.

"Qaliblər diz çöküb mərhəmət diləyənlər deyil, mübarizə aparanlardır. Bu "təşəbbüsün" müxalifət alyansının artan aktivliyi fonunda irəli sürülməsi təsadüfi deyil - bu fəaliyyət diktaturanı çox qorxudur. Ümid edirəm ki, çox tezliklə Lelo ilə birlikdə həlledici mübarizədə olacağıq", - deyə Mixeil Saakaşvili yazıb.

Xatırladaq ki, "Lelo – Güclü Gürcüstan" partiyasının rəhbərlik şurasının iclasından sonra partiya bəyanat yayaraq, 2024-cü il parlament seçkilərində Gürcüstan əhalisinin əksəriyyətinin dəstəyini qazanan müxalifət partiyaları ilə Gürcü Arzusu arasında məsuliyyətli siyasi danışıqlara başlamaq zərurətini qeyd etdi.

QAZİLER.AZ