Rusiyada yeddinci sinif şagirdi sinif yoldaşına bıçaqla hücum edib

Rusiyada yeddinci sinif şagirdi sinif yoldaşına bıçaqla hücum edib backend

Moskva vilayətinin Sverdlovski qəsəbəsində yeddinci sinif şagirdi sinif yoldaşına bıçaqla hücum edib.

Qaziler.az bildirir ki, bu barədə "İzvestiya"ya 16 martda mənbə məlumat verib.

Mənbənin məlumatına görə, münaqişə səhər, dərslərdən əvvəl baş verib. Yeddinci sinif şagirdi məktəbə gedərkən sinif yoldaşı ilə mübahisə edib.

"Oğlan bıçaq çıxarıb sinif yoldaşına üç dəfə bıçaq vurub, sonra dərsə gedib", -mənbə bildirib

Xəsarət alan yeniyetmə Korolevskaya Xəstəxanasına yerləşdirilib.

Mənbə qeyd edib ki, şübhəli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hadisənin səbəbləri araşdırılır.

QAZİLER.AZ