16 mart səhəri Kiyev hava məkanında Rusiya dronları aşkar edilib. Ukrayna hava hücumundan müdafiə qüvvələri düşmən hədəflərinə qarşı əməliyyat keçirir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna telekanalı Kiyev Dövlət Hava Hücumundan Müdafiə Agentliyinin rəhbəri Timur Tkaçenko və Kiyev meri Vitali Kliçkoya istinadən Telegram-da məlumat yayıb.
Düşmən dronlarından gələn təhlükə səbəbindən Kiyevdə yerli vaxtla səhər saat 8:28-də hava hücumu xəbərdarlığı verilib.
Kiyev Dövlət Müdafiə Ordusunun rəisi Timur Tkaçenko paytaxt yaxınlığında Rusiya PUA-larının görüldüyünü bildirib və şəhər sakinlərini sığınacaqlarda qalmağa çağırıb.
"Paytaxtın yaxınlığında düşmən PUA-ları var. Hələlik sığınacaqlarda gizlənin", - deyə o qeyd edib.
Kiyev meri Vitali Kliçko hava hücumundan müdafiə qüvvələrinin paytaxtın Obolon rayonunda fəaliyyət göstərdiyini açıqlayıb.
"Hava hücumundan müdafiə qüvvələri Obolonda fəaliyyət göstərir", - mer bildirib.
QAZİLER.AZ



