Türkiyəli peşəkar dalğıc təlimatçısı Mazlum Kibar, 18 Mart Çanaqqala Dəniz Zəfəri və Şəhidlər Günü xatirəsinə 36 saat 9 dəqiqə 36 saniyə soyuq suda qalaraq ən uzun dalğıclıqla Ginnesin Dünya Rekordunu qırdı.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.
Kibar, "Soyuq suda ən uzun dalğıc" üzrə Ginnesin Dünya Rekordunu qırmaq cəhdi ilə dünən tarixi Qallipoli yarımadasında yerləşən Anzak körfəzindəki Mimoza çimərliyində 12 dərəcə Selsi suya baş vurub. O, 36 saat dalış edərək norveçli dalğıc Nils-Roar Selnesin əvvəlki 15 saat 10 dəqiqəlik və türk dalğıc Cem Karabayın 30 saat 20 dəqiqəlik rekordunu aşmağı hədəfləyib.
7 metr dərinlikdə rekord cəhdi zamanı peşəkar dalğıc Kibar maskasını su altında çıxarıb, venadaxili qidalanıb, müntəzəm olaraq su və qazlı içkilərlə doldurulmuş flakonlar alıb, qan dövranını yaxşılaşdırmaq üçün masaj edib və dəniz dibindəki lövhəyə yazılmış qeydlərdən istifadə edərək ünsiyyət qurub.
QAZİLER.AZ



