Türkiyədə bələdiyyə başçısı saxlanıldı

Türkiyədə bələdiyyə başçısı saxlanıldı backend

Kuşadası Bələdiyyə Başçısı Ömər Günel nəzarətə alınıb.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, Kuşadası Bələdiyyəsini hədəf alan rüşvət və korrupsiya əməliyyatında aralarında bələdiyyə başçısı Ömər Günelin də olduğu 6 şübhəli saxlanılıb.

İstanbul Baş Prokurorluğu Kuşadası Bələdiyyəsinə qarşı rüşvət və korrupsiya ittihamları ilə əməliyyat başlatdı.

 

Bələdiyyə sədri Ömər Günel, planlaşdırma və şəhərsalma direktoru Əhməd Taşkan və tikinti nəzarəti direktoru Mustafa Burak Gündeş də daxil olmaqla altı şübhəli nəzarətə alınıb.

QAZİLER.AZ