Kocaelinin Çayırova rayonunda işçiləri daşıyan xidməti mikroavtobusla avtomobilin toqquşması nəticəsində 11 nəfər yaralanıb.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, Şekerpınar məhəlləsindəki Muhsin Yazıcıoğlu küçəsində S.Ç.-nin idarə etdiyi mikroavtobusla S.Ş.-nin idarə etdiyi avtomobil arasında toqquşma baş verib.
Qəzada sürücülər və mikroavtobusdakı 9 işçi yaralanıb.
Məlumatdan sonra hadisə yerinə polis və tibbi qruplar göndərilib.
Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.
QAZİLER.AZ



