İstanbulda hərəkətdə olan metrobusda yanğın baş verib

İstanbulda hərəkətdə olan metrobusda yanğın baş verib backend

İstanbulun Beşiktaş bölgəsində hərəkət edən metrobusda baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Zincirlikuyu-Söğütlüçeşme marşrutu üzrə hərəkət edən metrobusun mühərrik bölməsində yanğın baş verib.

 

Metrobusun arxa tərəfindən qalxan tüstü hiss edən sürücü qapıları açıb və sərnişinləri təxliyə edib.

 

Xəbərdarlıqla hadisə yerinə yanğınsöndürmə və polis qrupları göndərilib. Geniş təhlükəsizlik tədbirləri görülüb və sərnişinlər başqa bir metrobusa köçürülüb.

 

Yanğınsöndürənlərin müdaxiləsindən sonra metrobusun arxa hissəsini tamamilə bürüyən alov söndürülüb.

QAZİLER.AZ