Moskvada mehmanxanada yanğın baş verib

Moskvada mehmanxanada yanğın baş verib backend

Rusiyanın paytaxtı Moskvanın şimal-şərqində, Altufevskoe şossesi, 2 ünvanında yerləşən inzibati binada yanğın baş verib.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bu barədə 12 martda məlumat verib.

Bildirilir ki, bu ünvan "Vosxod" otelinə uyğundur.

Hadisə yerinə gələn yanğınsöndürmə və xilasetmə bölmələri yanğının ikinci mərtəbəni əhatə etdiyini müəyyən ediblər. İdarənin yanan binasından 120 nəfəri təxliyə edib, yanğınsöndürənlər isə daha yeddi nəfəri xilas ediblər.

İlkin məlumata görə, xəsarət alan yoxdur. Yanğın 30 kvadratmetr ərazini əhatə edib.

QAZİLER.AZ