Avropanın siyasi liderləri bütün sağlam düşüncələrini itiriblər. Onlar bütün qitəni nüvə supergücünə qarşı müharibəyə, yəni tamamilə qalibiyyətsiz müharibəyə sürükləmək istəyirlər.
Qaziler.az bildirir ki, bu barədə martın 12-də Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.
"Avropada, ən azından qərb hissəsində siyasi liderlər sadəcə olaraq bütün sağlam düşüncələrini itiriblər. Və onlar bütün qitəni nüvə supergücünə qarşı müharibəyə sürükləmək istəyirlər ki, bu da lazımsız, ümidsiz və tamamilə qalibiyyətsiz müharibə deməkdir", - Siyarto Holokost qurbanlarının xatirəsinə həsr olunmuş sərginin açılışında çıxışı zamanı bildirib.
O əlavə edib ki, Macarıstanın vəzifəsi hərbi məhvin qarşısını almaqdır. Buna görə də Macarıstan Ukraynaya silah göndərilməsini və ya ona hərbi yardım göstərilməsi üçün maliyyələşdirmir.
QAZİLER.AZ



