İsrail İrandakı “Taleqan” nüvə obyektinə zərbə endirib.
Qaziler.az xəbər verir ki, bu barədə SAXAL-ın teleqram kanalı məlumat yayıb.
Bəyanata görə, obyektdə mühüm nüvə silahı imkanlarının inkişaf etdirilməsi üçün işlərin davam etdiyi iddia edilib.
“Son günlər Tehranda başa çatan zərbələr dalğasının bir hissəsi olaraq, İsrail Hərbi Hava Qüvvələri dəqiq kəşfiyyat məlumatlarına əsasən İranın daha bir nüvə obyektinə zərbə endirib. “Taleqan” obyekti rejim tərəfindən mühüm nüvə silahı imkanlarının inkişaf etdirilməsi üçün istifadə olunub”, - bəyanatda qeyd olunub.
QAZİLER.AZ



