İran Fars körfəzində Marşal Adaları bayrağı altında üzən “Safe Sia” tankerinə hücum edib.
Qaziler.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) yerli dövlət televiziyasına məlumatında qeyd olunub.
İİKK qeyd edib ki, Hörmüz boğazından keçmək istəyən hər kəs Tehranın təlimatlarına əməl etməlidir.
“Bu gün ABŞ-yə məxsus, Marşal Adaları bayrağı altında üzən, Amerika terrorçu ordusunun aktivi olan “Safe Sia” tankeri İİKK Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarını qulaqardına vurduqdan sonra Fars körfəzinin şimalında atəşə tutulub”, - məlumatda qeyd olunub.
QAZİLER.AZ



