Zelenski: Rusiya İrana qoşun göndərə bilər

Zelenski: Rusiya İrana qoşun göndərə bilər backend

Rusiya ABŞ və İsraillə müharibədə İrana fəal şəkildə kömək edir və ora qoşun göndərə bilər.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bunu irlandiyalı bloger Keylin Robertsona verdiyi müsahibədə bildirib.

"Rusiya İran rejimini dronlarla dəstəkləməyə başlayıb. Bu, şübhəsiz ki, raketlər və hava hücumundan müdafiə sistemləri ilə kömək edəcək. Növbəti addım nədir?", - deyə Zelenski bildirib.

O, hazırda əsas sualın İran rejimini dəstəkləmək üçün hansı ölkəninora ilk qoşun göndərə biləcəyi olduğunu vurğulayıb.

"Şimali Koreyanın Rusiyaya göndərdiyi 10.000 əsgər Ukraynada gedən müharibəyə göndərildi.  Rusiya ilə baş verənlər kimi, eyni şey İranda da baş verə bilər - Rusiya ora qoşun göndərə bilər", - deyə prezident qeyd edib.

QAZİLER.AZ