İran prezidentinin oğlu Yusif Pezeşkianın Telegram kanalında verdiyi məlumata görə, İranın yeni Ali Lideri sağ-salamatdır.
Qaziler.az bildirir ki, bu barədə lenta.ru xəbər verir.
"Cənab Müctəbanın yaralanması xəbərini eşitdim. Onunla əlaqəsi olan dostlarından soruşdum. Onlar dedilər ki, Allaha şükür, o, sağsalamatdır, heç bir problem yoxdur", - deyə Pezeşkian deyilənləri təkzib edib.
Xatırladaq ki, bir müddət əvvəl "The Wall Street Journal" (WSJ) qəzeti Trampın nüvə proqramından imtina etməyə razılaşmadığı təqdirdə Müctəba Xameneiyə hücumu dəstəkləyəcəyini bildirmişdi.
QAZİLER.AZ



